CƏMİYYƏT


İtaliyada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub

Fevralın 26-da İtaliya Senatında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, “Xocalıya ədalət: sülhə gedən yol” adlı konfransda çıxış edən İtaliya Senatında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Marko Skurria Xocalı faciəsinin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərdən biri olduğunu vurğulayıb. Bildirib ki, bu faciə “Human Rights Watch”a görə, Ermənistanla Azərbaycan arasındakı münaqişənin ən böyük və dəhşətli qətliamı olub.