SİYASƏT


Kolumbiyanın aparıcı telekanalında Xocalı soyqırımı ilə bağlı geniş süjet yayımlanıb

Süjetdə erməni cəlladlarının Xocalıda törətdikləri ağlasığmaz vəhşiliklərlə yanaşı, ölkə ərazisində kütləvi məzarlıqların tapılması və bu dəhşətli faciəni törədənlərin hələ də layiqli cəzalarını almadıqları barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 dinc Xocalı sakini erməni quldurları tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilib, bəziləri hətta diri-diri yandırılıb və başları kəsilib.