CƏMİYYƏT


Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub

Parisdə, Azərbaycanın səfirliyinin Mədəniyyət Mərkəzində Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, anım tədbirində çıxış edən səfir Leyla Abdullayeva iştirakçılara Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verib. Diplomat Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr edilmiş anım tədbirində iştiraklarına görə Fransa ictimaiyyətinin nümayəndələrinə dərin təşəkkürünü bildirib.