DÜNYA


Bastiada korsikalılar Fransa repressiyasına qarşı etiraz nümayişi keçiriblər

Ədliyyə Sarayı qarşısında başlayan nümayişin iştirakçıları şəhər mərkəzindən keçərək prefekturanın binası qarşısına gəliblər. Burada onlar tələblərini yüksək səslə Fransa hökumətinə eşitdirməyə çalışıblar. Nümayiş korteji Yuxarı Korsika prefekturasının qarşısına çatanda polis və nümayişçilər arasında toqquşma baş verib. Toqquşma zamanı polis gözyaşardıcı qazdan, su şırnağından, eləcə də rezin güllələrdən istifadə edib. Nümayişçilər isə polisə qarşı molotov kokteyli atıblar.