ELM VƏ TƏHSİL


Eşqi Bağırov: Məktəblərdə baş verən neqativ hallarla bağlı sorğular araşdırılır

Müəllimlərin nüfuzu bizim üçün çox önəmlidir. Onların fəaliyyətinə verilən əsas dəyər, qiymət onların şagirdlərinin nəticələridir. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, ümumtəhsil müəssisələrində baş verən neqativ hallarla bağlı sorğular araşdırılır və müvafiq tədbirlər görüləcək.