CƏMİYYƏT


Ölkəmizdə elektromobillərə keçidin iqtisadi faydaları

Prezident İlham Əliyev “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi” haqqında Sərəncam imzalayıb. Sərəncamda elektrik mühərrikli avtomobillərin ölkəyə idxalı, onların elektrik məntəqələrinin təşkili və gömrük rüsumları ilə bağlı müddəalar yer alıb. Ölkə başçısının bu sərəncamı ölkədə elektromobil avtomobillərin istifadəsi istiqamətində səmərəliliyin artmasına istiqamətlənib. Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, ölkəmizdə elektromobillərə keçid bir müddət əvvəl başlasa da, proses ləng gedirdi. Bu sahədə dövlət tərəfindən indiyə qədər bir sıra stimullaşdırıcı addımlar atılsa da, yeni qərarların verilməsinə ehtiyac var idi.