CƏMİYYƏT


Şamaxı və İsmayıllıya qar yağır

Ötən gün axşam saatlarından Şamaxı və İsmayıllıya yağmağa başlayan qar bu saatlarda da davam edir.
AZƏRTAC xəbər verir ki, yağan qar gecə saatlarında Şamaxı və İsmayıllının dağ kəndlərində daha da intensivləşib. Qar səbəbindən Şamaxı-Pirqulu avtomobil yolunda hərəkət çətinləşib. Ən çox qar hazırda Şamaxının Dəmirçi və ətraf kəndlərində müşahidə edilir. Yerli sakinlərin verdiyi məlumata görə, həmin kənddə qarın hündürlüyü 30 santimetrə çatır.