CƏMİYYƏT


Bakı-Qazax yolunda qəza olub

İlkin məlumata görə hadisə magistral yolunun, Ucarın Qulabənd kəndi ərazisində baş verib. Hadisə şahidlərinin sözlərinə görə hərkətdə olan iki yük avtomobillərinin toqquşub. Qəza zamanı ölən və yaralılar olmasa da avtomobildə olan yüklər yola dağılıb. Bu səbəbdən yolun hər iki zolağı bağlanıb və digər avtomobillərin hərəkətində çətinlik yaranıb.
Qəza nəticəsində yola dağılan əşyalar təmizləndikdən sonra nəqliyyatın hərəkəti bərpa olub.