CƏMİYYƏT


Qarabağ atları Malıbəylidə tonqal ətrafında dövrə vurdu

Novruz çərşənbələri 30 ildən sonra Qarabağın dilbər guşələrindən olan Malıbəyli kəndində də qeyd edilir, bayram tonqalları qalanır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Malıbəyli kəndində hazırda intensiv bərpa-quruculuq işləri həyata keçirilir. “Bakı Abadlıq Xidməti” MMC-nin əməkdaşları kəndin tikinti və abadlığı ilə yanaşı, ərazidəki sahibsiz atlara da qulluq edir, onların qayğısına qalırlar.