MÜSAHİBƏ


Anisa Bahiti: İnanıram ki, gələcəkdə Azərbaycanla yüksək səviyyədə əməkdaşlıq edəcəyik

Düşünürəm ki, bu mühüm Forumda iştirak edən ölkələrin nümayəndələri, ilk növbədə, dünyadakı bütün insanlara, xüsusilə bu anlarda bir-biri ilə müharibə aparan ölkələr arasında sülh üçün yaxşı mesaj verməlidirlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Albaniyanın İNFOWEB media qurumunun rəhbəri, XI Bakı Qlobal Forumunun iştirakçısı Anisa Bahiti söyləyib.