DÜNYA


Çin hidrogenlə işləyən qatarı sınaqdan keçirib

Çinin “CRRC Changke” şirkəti hidrogen yanacağı ilə işləyən qatarı sınaqdan keçirib. AZƏRTAC xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Qatar Çançunda (Şimal-Şərqi Çində əyalət) xüsusi xətt üzrə sınaqdan keçirilib. Qatar 160 km/saat sürətlə hərəkət edib. Ekspertlər bildiriblər ki, sınaq Çinin dəmir yolu nəqliyyatı sənayesində hidrogen enerjisi texnologiyasının tədqiqi, inkişafı və tətbiqində mühüm mərhələdir.