MÜSAHİBƏ


Xocalıda Şəhidlər xiyabanı salınacaq

Xocalıda iki kütləvi məzar müəyyən edilib. Birinci məzarlıqdan 8 nəfər, ikinci məzarlıqdan isə 19 nəfərin qalıqları tapılıb. Həmin 19 nəfərdən 9-nun artıq DNT analizlərinin nəticələri məlumdur, 1-i bu gün dəfn olundu. Qalan 8 nəfər isə Xocalıda salınacaq Şəhidlər xiyabanında dəfn olunacaq. Bu sözləri jurnalistlərə müsahibəsində Xocalı rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubov söyləyib.