DÜNYA


Ərdoğan “Crocus City Hall”dakı hadisəni qəddarlıqla törədilmiş terror aktı adlandırıb

PKK terror təşkilatı Ankaranın düşmənlərinin bu günlərdə Rusiyada törədilmiş bənzər qanlı hadisələri Türkiyədə təşkil etmək üçün müraciət edəcəkləri ilk ünvandır.
AZƏRTAC xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Diyarbəkir vilayətindəki mitinqdə deyib.
Türkiyə lideri “Crocus City Hall”dakı hadisələri qəddarlıqla törədilmiş terror aktı adlandırıb.