CƏMİYYƏT


Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub

Ötən il Azərbaycandan xarici ölkələrə yatırılan birbaşa investisiyaların məbləği 3,1 milyard dollar təşkil edib. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov tədiyyə balansına həsr olunan brifinqdə deyib.