CƏMİYYƏT


DİN: Abşeronda ötən gün 49 odlu silah və 13 qumbara aşkarlanıb

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hüquqpozmalara qarşı ötən gün növbəti əməliyyat və profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nəticədə ümumilikdə 9 “Kalaşnikov” avtomatı, 13 əl qumbarası, 39 müxtəlif markalı ov tüfəngi, 1 “Makarov” tapançası aşkarlanıb və ya vətəndaşlar tərəfindən könüllü polisə təhvil verilib. Narkotiklərə qarşı keçirilən 20 əməliyyat zamanı 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.