CƏMİYYƏT


Yanğın söndürüldü: 50 nəfər təxliyə olundu

Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. Yanğın zamanı FHN-in qüvvələri tərəfindən 15-i azyaşlı olmaqla 50 nəfər bina sakini təxliyə olunub.