CƏMİYYƏT


Azərbaycanda günəş enerjisi istehsalı artıb

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda Günəş enerjisi istehsalı artıb. Bu dövrdə Günəşdən alınan enerji altı dəfə artaraq 50,7 milyon KVt/s olub. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, günəş enerjisi istehsalıyla yanaşı, külək enerjisinin də istehsalı artıb. Bu da ondan xəbər verir ki, alternativ mənbələrdən enerji istehsalı çoxalıb.