DÜNYA


Kiyev vilayətinin ən böyük istilik elektrik stansiyası-“Tripolye" tamamilə dağılıb

Rusiya silahlı qüvvələrinin hücumları nəticəsində Kiyev vilayətində yerləşən ən böyük İstilik Elektrik Stansiyası (İES) -“Tripolye” tamamilə dağılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın “Senterenerqo” enerji şirkətinin Müşahidə Şurasının sədri Andrey Qota məlumat verib.
Onun sözlərinə görə, zərbələr nəticəsində turbin sexində irimiqyaslı yanğın baş verib. Müəssisədə yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir.