MƏDƏNİYYƏT


Bu gün tanınmış aktyor Bəşir Səfəroğlunun doğum günüdür

Martın 11-də sevimli sənətkarımızın anadan olmasının 92-ci ildönümü tamam olur. Azərbaycan Dövlət Musiqili Teatrında ciddi yumorun sənət keşikçilərindən olan, həm yumorlu, həm satirik elementli personajların məharətli ifaçısı, xarakterik satira obrazlarına psixologizm aşılamaqda səriştəli hesab edilən Bəşir Səfəroğlu Üzeyir Hacıbəylinin və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır