DÜNYA


İstanbuldakı boğaz körpüsünün adı “15 İyul Şəhidləri” olaraq dəyişdirildi

Türkiyədə iyulun 15-də baş verən dövlət çevrilişinə cəhd zamanı İstanbulda qiyamçıların ilk hədəfi olan və vətəndaşlarımızın şəhid edildiyi Boğaziçi körpüsünün adının “15 Temmuz (İyul) Şəhidləri” körpüsü olaraq dəyişdirilməsi qərara alınıb. Bundan başqa, İstanbulda və Ankarada şəhidlərin xatirəsinə abidələrin inşası ilə bağlı da qərar qəbul olunub.