İDMAN


Paytaxt küçələrində “Şahmat” avtobusları

Olimpiadanın Əməliyyat Komitəsi şahmatın təbliği istiqamətində də mühüm tədbirlər həyata keçirir. Belə addımlardan biri də, paytaxt küçələrində “şahmat” avtobuslarının fəaliyyətə başlamasıdır. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi Mədəniyyət və Turizm Nazirliyinin balansında olan turistik avtobuslardan ikisini brendləşdirərək “şahmat” avtobusu kimi şəhər sakinlərinin və qonaqların istifadəsinə verib.