İDMAN


“Qarabağ”-“Slovan”-2:2 YENİLƏNİB

UEFA Avropa Liqası turnirinin qrup mərhələsində Ağdamın “Qarabağ” futbol klubu ilk oyununda “Dalğa Arena”da Çexiyanın “Slovan” klubu ilə qarşılaşıb. Oyunun ilk dəqiqəsində “Slovan”ın futbolçusu Yan Sikora hesabı açıb. Altı dəqiqə sonra “Qarabağ”ın futbolçusu Miçel hesabı bərabərləşdirib. Oyunun 68-ci dəqiqəsində "Slovan" növbəti qolunu vurdu. Baroşun qolu ilə hesab 1:2 oldu. Rəşad Sadıqov oyunun 90+3 dəqiqəsində hesabı yenidən bərabərləşdirdi-2:2.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır