CƏMİYYƏT


Havanın temperaturu 7-10 dərəcə aşağı enəcək

Bakıda və Abşeron yarımadasında dekabrın 14-15-də hava şəraitinin kəskin dəyişəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə enəcək. Yolların buz bağlama ehtimalı var.