SİYASƏT


Sərhəd Xidmətinin əməkdaşları bu il axtarışda olan 4 min 590 nəfəri saxlayıblar

Bu il ərzində sərhəd rejimini pozduqlarına görə 13 min 248 nəfər, axtarışda olan 4 min 590 nəfər, dövlət sərhədini pozduqlarına görə isə 503 nəfər saxlanılıb. AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2016-cı ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində bildirilib.