SİYASƏT


Azərbaycan Prezidentinin köməkçisi “Əl-İxbariyyə” televiziyasına müsahibə verib

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında bir çox sahələri əhatə edən səmərəli əməkdaşlıq əlaqələrinin olduğunu deyən Prezidentin köməkçisi bildirib ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Ötən dövr ərzində ölkələrimiz arasında qarşılıqlı münasibətləri tənzimləyən müqavilə-hüquq bazası formalaşdırılıb, hökumətlər səviyyəsində müştərək komissiya yaradılıb.