CƏMİYYƏT


Güclü külək Xaçmaz rayonunda fəsadlar törədib

Aprelin 24-ü gecə saatlarında əsən güclü külək Xaçmaz rayonunda bir sıra fəsadlar törədib. AZƏRTAC xəbər verir ki, külək rayonun elektrik təsərrüfatına ziyan vurub. Xaçmaz şəhəri ərazisində üç elektrik dirəyinin aşması nəticəsində bəzi küçələrə, eləcə də Niyazabad inzibati ərazi dairəsinə aid kəndlərə enerjinin verilişində fasilələr yaranıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır