İDMAN


Formula 1 Azərbaycan Qran Prisi könüllüləri xeyriyyə aksiyası keçirir

Bakı Şəhər Halqası “Ürəkdən ürəyə” şüarı altında növbəti dəfə xeyriyyə aksiyası keçirir. Formula 1 Azərbaycan Qran Prisi könüllülərinin əl işləri, müxtəlif mövzulara aid kitablar və əməliyyat şirkətinə məxsus məhsullar satışa çıxarılıb. Yarmarka vasitəsilə yığılan vəsait ürək çatışmazlığından əziyyət çəkən 10 yaşlı qızın əməliyyatına sərf olunacaq.