SİYASƏT


Müdafiə Nazirliyi: Cəbhədə düşmənin beş hərbi qulluqçusu məhv edilib

Ermənistan tərəfi rəsmi açıqladığı kimi, üç hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha iki əsgərini - Myasnik Ovanisyanı və Vardan Harutyunyanı da itirib. Beləliklə, dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib. Bu barədə dünən cəbhədə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ölümü ilə bağlı yayılan məlumatla əlaqədar AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyindən bildiriblər.