MƏDƏNİYYƏT


Qərbi Qazaxıstan vilayətində təşkil olunmuş “Uşaqlar müharibəyə qarşı” rəsm müsabiqəsi yekunlaşıb

Azərbaycanın Aktaudakı baş konsulluğu Qazaxıstan Xalqları Milli Assambleyasının Qərbi Qazaxıstan vilayəti təşkilatı ilə birgə Uralsk şəhərindəki Dostluq sarayında tədbir keçirib. AZƏRTAC xəbər verir ki, tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində baş konsulluq tərəfindən Qərbi Qazaxıstan vilayətində təşkil olunmuş “Uşaqlar müharibəyə qarşı” rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr olunub.