SİYASƏT


Çikaqo şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı etiraz aksiyası keçirilib

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar ABŞ-ın ən böyük şəhərlərindən biri olan Çikaqoda (İllinoys ştatı) etiraz aksiyası keçirilib. Şəhərin Miçiqan Avenyu adlanan mərkəzi küçəsində toplaşan aksiya iştirakçıları “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Xocalı qırğını bir daha təkrarlanmamalıdır!”, “Ermənistana ar olsun!”, “Biz Xocalını unutmayacağıq!”, “Azərbaycan torpaqlarından əl çəkin!”, “Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 844 nömrəli qətnamələrinə əməl etməlidir!”, “Müharibə canisi Sarkisyan mühakimə edilsin!”, “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!” kimi şüarlar səsləndiriblər.