MƏDƏNİYYƏT


İçərişəhərdə “Bahar qalası” Novruz şənliyinə start verilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq bayram günlərində “Bahar qalası” Novruz şənliklərinə start verib. Bu gün paytaxt sakinləri və şəhərimizin qonaqları baharın müjdəçisi, Azərbaycan xalqının milli adət-ənənələri ilə zəngin Novruz bayramını İçərişəhərdə qeyd edir. Qoruq İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, “Bahar qalası” Novruz şənliyi İçərişəhərdə martın 20-dən 26-dək davam edəcək.