CƏMİYYƏT


Xaçmazda pomidor əkini sahələri artırılıb

Ölkəmizin əsas tərəvəzçilik rayonlarından olan Xaçmazda pomidor əkini yekunlaşmaq üzrədir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mart ayından istixana şəraitində yetişdirilən pomidor şitilləri hazırda açıq sahələrə köçürülür. Fermerlər mayın ilk günlərindən başlayan əkini bir həftə ərzində başa çatdırmaq niyyətindədirlər. Xaçmazda hər il 2 min 100 hektara yaxın sahədə pomidor becərilir. Bu il isə əkin sahələri daha 10 faiz artırılıb.