ELM VƏ TƏHSİL


Autizmli uşaqlara kömək edən robot təqdim edildi

Lüksemburq Universitetinin alimləri “QTrobot” adlı robot təqdim ediblər. “QTrobot” bir neçə il əvvəl hazırlansa da, onun səmərəliliyi yeni sınaqdan keçirilib. Alimlər autizmdən əziyyət çəkən 4 -14 yaş aralığında 15 uşağın robot və həkimlə olan müalicəsini müqayisə ediblər. Məlum olub ki, uşaqlar həkimin dediklərindən daha çox robota diqqət yetirirlər.