CƏMİYYƏT


Səhiyyə Nazirliyi: donuz qripi barədə yayılanlar həqiqətə uyğun deyil

Son günlər sosial şəbəkələrdə küləklə birlikdə Azərbaycana donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin virusun ölkəmizdə yayılmadığı barədə dəfələrlə epidemioloq, infeksionist və digər mütəxəssislər konkret olaraq bildiriblər.