DÜNYA


İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 59-a çatıb

Cənubi Sulavesi vilayətinin Təbii fəlakətlərin qarşısının alınması üzrə Agentliyinin rəhbəri təbii fəlakət nəticəsində ölənlərin sayının 59-a çatdığını bildirib. Onun sözlərinə görə, daha 25 nəfər daşqınlar nəticəsində itkin düşüb. Bundan əlavə, 3 mindən artıq insan öz evini tərk etmək məcburiyyətində qalıb.