CƏMİYYƏT


Xaçmaz şimal bölgəsinə ekskursiyanın sonuncu ünvanı olub

Lənkəran, Astara, Lerik, Yardımlı, Neftçala, Şirvan və Zərdab rayonlarını təmsil edən məktəblilərin ölkəmizin şimal bölgəsinə ekskursiyası martın 18-də başa çatıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeddi rayondan olan 300-ə yaxın şagird “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Quba və Qusardan sonra Xaçmaz şəhərinin görməli yerləri ilə tanış olublar.