CƏMİYYƏT


Şabranda qidadan zəhərlənənlərin 15 nəfəri xəstəxanaya yerləşdirilib

Tibb müəssisəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, zəhərlənənlərdən bir nəfəri reanimasiya, qalanları isə yoluxucu xəstəliklər şöbəsində müalicə olunur. Xəstələrin mədələri yuyulub və müvafiq tibbi yardım göstərilib. Vəziyyəti yüngül olanlar ilkin tibbi müayinədən sonra evə buraxılıblar. Hazırda xəstəxanada müalicəsini davam etdirən şəxslərin vəziyyətləri sabitdir.