SİYASƏT


Azərbaycan komandası “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının qalibi olub

“Beynəlxalq Ordu Oyunları-2019” çərçivəsində Bakıda keçirilən “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının başa çatması ilə əlaqədar avqustun 15-də mətbuat konfransı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlər iştirak ediblər.
Mətbuat konfransında müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsi üçün yaradılan şərait, texniki dəstək qruplarının fəaliyyəti, hakimlər kollegiyasının işi və müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə iştirakçı ölkələrin komandalarının göstəriciləri barədə ətraflı məlumat verilib.