CƏMİYYƏT


Qaxda bir gündə 19 min ədəd müxtəlif növ ağac əkiləcək

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü Qax rayonu sakinləri tərəfindən də böyük razılıqla qarşılanıb. Şairin irsinin daha geniş təbliği, eyni zamanda, yaşıllıqların artırılması və ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün rayonda geniş hazırlıq işləri görülür. Genişmiqyaslı kampaniya çərçivəsində rayon ərazisində bir gündə 19 min ağac tinginin əkilməsi nəzərdə tutulur.