CƏMİYYƏT


Yararsız avtomobillərin dövriyyədən çıxarılması və utilizasiyası proqramı hazırlanır

Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə 2016-cı illə müqayisədə 2018-ci ildə avtomobil idxalı 5 dəfədən çox artıb.
Avtomobil parkının köhnəlməsinin intensiv şəkildə davam etdiyini bildirən nazir qeyd edib ki, nəqliyyat sektorundan atmosferə zərərli təsirlərin azaldılması üçün ölkənin avtomobil parkının yenilənməsi, habelə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini təşviq edən müxtəlif vergi, gömrük güzəştləri, subsidiyaların tətbiq edilməsi səmərəli ola bilər.