MƏDƏNİYYƏT


Milli geyimlərimiz
Araxçın necə hazırlanır

Bir-birindən fərqli milli geyimlərin, araxçın və papaqların artıq peşəkar ustası olan Səbirə Qarayeva neçə illərdir öhdəsinə götürdüyü bu zəhmətdən heç yorulmur. Həvəs olmaqla yanaşı, ustadan böyük səbr və sevgi tələb edən bu sənət yolu Səbirə xanımı həyata bağlayan ilham mənbəyidir. Onun ökəmizdə keçirilən  yüzlərlə tədbirdə sərgilənən əl işləri daim maraqla qarşılanıb.