CƏMİYYƏT


Göyçayda Cənubi Amerika meyvəsi yetişdirilir - sentyabrda çiçəkləyir, dekabrın sonunda bar verir

Azərbaycanda ilk dəfə mərsin ağacı Göyçayda yetişdirilib. Rayon sakini Natiq Xəlilov deyir ki, 8 il əvvəl atası mərsin tinglərini Gürcüstandan gətirərək həyətlərində əkib və böyüdə bilib.
AZƏRTAC xəbər verir ki, sentyabrda çiçəkləyən mərsin ağacı dekabrın son günlərində tam məhsula çevrilir. Havalar soyuduqca meyvənin rəngi bir qədər də qırmızıya çalır, dadı isə nisbətən şirinləşir. Mərsindən digər meyvələr kimi mürəbbə, kompot və çərəz kimi də istifadə etmək olar.