İDMAN


Portuqaliyadakı irqçilik: Futbolçu Mussa Marega oyunu yarımçıq tərk edib

Portuqaliya çempionatının 21-ci turunun oyununda Portu komandası Vitoria Guimarinsi 2: 1 hesabı ilə məğlub edib. AZƏRTAC "VSPORTS - Liga NOS"a istinadən bildirir ki, ikinci qolun müəllifi qaradərili futbolçu Mussa Marega olub. Onun vurduğu qoldan sonra oyunçu irqçiliklə qarşılaşıb. Vitoria Guimarins azarkeşlərinin təhqirlərini eşidən Mussa qəzəblənərək hakimlə mübahisə edib və sarı vərəqə alıb. Sonda Mussa oyun bitməmiş meydanı tərk edib.