İDMAN


Əvəz Tağıyev ağır atletika üzrə Azərbaycan çempionu olub

Ağır Atletika Akademiyasında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı davam edir. Çempionatda 55 kiloqramadək çəki dərəcəsində kişilərin yarışında toplam 195 kiloqram (85+110) çəkini ram edən Əvəz Tağıyev qalib adını qazanıb. Sonrakı yerləri müvafiq olaraq toplam 184 kiloqram (81+103) nəticə ilə Qasım İsmayılov və toplam 163 kiloqram (70+93) nəticə ilə Kənan Rəhimov tutublar.