SİYASƏT


Xocalı soyqırımı qurbanlarının xatirəsi Latviyada yad edilib

Latviyanın paytaxtı Riqa şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Latviyadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkənin dövlət, elm və mədəniyyət xadimləri, diplomatik nümayəndəliklərin rəhbərləri, habelə yerli və xarici tələbələr iştirak ediblər.