İDMAN


Uşaqlıqdan güclü qadın olmaq istəmişəm
Poverliftinq üzrə dünya çempionumuz

Ədilə Qurbanovanın uşaqlıqdan idmana böyük marağı olub. Deyir ki, evin tək qız övladı olduğuna görə, onu oğlan kimi böyüdüblər. Uşaq yaşlarından karate ilə məşğul olan Ədilə bu idman növündə bir-çox uğurlar qazanıb. Daha sonra poverliftinq ilə məşğul olan qadın idmançı sonuncu dəfə Moskvada poverliftinq üzrə dünya çempionatında qızıl medal qazanıb. O, uzun illər gömrük və polis orqanlarında da çalışıb. Hazırda fitness müəllimi kimi fəaliyyətini davam etdirir. Arzusu isə poverliftinq üzrə ikiqat dünya çempionu olmaqdır. Ədilə Qurbanova AZƏRTAC-a güclü qadın idmançı kimi qazandığı uğurlarından danışıb.