İDMAN


MOK-un nümayəndələri Qazaxıstan Milli Olimpiya Komitəsinin "evdə qal" çağırışına qoşuldular

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) nümayəndələri bu günlərdə aktiv fəaliyyətlərə ortaq olmaqda davam edirlər.
AZƏRTAC xəbər verir ki, MOK nümayəndələri Qazaxıstan Milli Olimpiya Komitəsinin "evdə qal" çağırışına qoşuldular.
Onlar #evdəqalidmandanqalma çağırışına Azərbaycan Milli Paralimpiya Komitəsini, Azercell, BP Azərbaycan və "Toyota" şirkətlərini, həmçinin "GoSport Baku" brendini dəvət edibilər.