İDMAN


“Qarabağ” futbol klubu Ağdam rayonunda 1500 aztəminatlı ailəyə ərzaq yardımı edib

“Qarabağ” futbol klubu karantin rejimi günlərində ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərə dəstək nümayiş etdirərək, Ağdam rayonunda aztəminatlı ailələrə kömək məqsədilə ərzaq yardımı paylayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, klubun rəhbərliyi, məşqçi və futbolçular rayon ərazisində 1500 aztəminatlı ailə ilə görüşərək, ərzaq bağlamaları təqdim ediblər.