İQTİSADİYYAT


Ekspres xətlər bağlanır: Avtobuslar isə yenidən sərnişinlərin xidmətində olacaq

Bakıda təşkil olunan 7 ekspress marşrut üzrə sərnişindaşımaları iyunun 16-dan dayandırılır. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, metro stansiyaların fəaliyyətə başlaması ilə əlaqədar ekspress xətlərə tələbat azalıb. Ekspres xətlərdən çıxarılan avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək. Bununla da istismar müddətini başa vuran, texniki baxımdan yararsız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq. 2 ay müddətində fəaliyyət göstərən 7 sayda ekspres xətt üzrə 1 milyon 500 minə yaxın sərnişin daşınıb. Metronun fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə isə həm müntəzəm, həm ekspres xətlər üzrə avtobuslarla 30 milyona yaxın sərnişin daşınıb.