ELM VƏ TƏHSİL


On bir mindən çox bakalavr magistraturaya qəbul olunmaq üçün ərizəsini təsdiqləyib

2020/2021-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu gün saat 17:00-a olan məlumata görə, 11 min 111 nəfər (Azərbaycan bölməsi - 10302, rus bölməsi - 809) ərizəsini təsdiqlədib.